Dünya
Həbs edilən sabiq müdafiə naziri intihara cəhd etdi
Cənubi Koreyada hərbi vəziyyət elan olunmasını prezident Yun Sok Yola təklif etdiyi iddia edilən sabiq müdafiə naziri Kim Yonq-hyu intihara cəhd edib.
Publika.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat verib.
Bildirilib ki, Kim məhkəmə qərarı ilə köçürüldüyü paytaxt Seulun şərqindəki həbsxanada intihara cəhd edib.
Həbsxana müdiri onun uğursuz cəhddən sonra mühafizə kamerasında saxlandığını və səhhətinin yaxşı olduğunu bildirib.
Xatırladaq ki, Yun Sok Yol müxalifəti qiyamın hazırlanmasına yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də gecə saatlarında ölkədə hərbi vəziyyət elan edib. Parlamentdə üstünlüyü olan müxalifətin səyi ilə Milli Assambleyada keçirilmiş gizli səsvermədə Prezidentin hərbi vəziyyət qərarı rədd edilib.
Kim Yonq-hyu hərbi vəziyyətin yaratdığı bütün iğtişaşlara görə məsuliyyəti öz üzərinə götürərək istefa verib. Cənubi Koreya Milli Assambleyası hadisə ilə əlaqədar prezident də daxil olmaqla 8 nəfərin dərhal həbs edilməsini tələb edən qanun layihəsini qəbul edib.
Roza
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı
-
Sağlamlıq03:13Piylənmə üçün mükəmməl vasitə kəşf edildi
-
ABŞ02:12"SpaceX"in gəlirləri kəskin artırdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO













.jpg)
















