Dünya
İsrailin müdafiə nazirindən orduya TAPŞIRIQ: Dekabrın 7-dən sonra...
İsrailin müdafiə naziri İsrael Katz orduya qış aylarında, dekabrın 7-dən sonra Hermon dağında işğal olunmuş ərazidə qalmaları üçün təlimat verdiyini bildirib.
Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Katz Suriyada Əsəd hökumətinin devrilməsindən sonra İsrail ordusuna bufer zonada qalmaq üçün lazımi hazırlıqları görməyi tapşırıb:
“Suriyada baş verənlərə görə Hermon dağının ələ keçirilməsi təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir. İsrail ordusunun bölgədə hazırlığını təmin etmək və qoşunların çətin hava şəraitində orada qala bilməsi üçün hər şeyi etmək lazımdır”.
Xatırladaq ki, noyabrın 27-də Suriyada şiddətlənən qarşıdurmalardan sonra və dekabrın 8-də 61 illik Baas rejiminin süqutu ilə eyni vaxtda İsrail ordusunun Suriyaya hücumları artıb.
Rejim ordusundan qalan hərbi infrastruktur və obyektləri dağıtmağa başlayan İsrail ordusu Suriya ərazisi olan Colan təpələrinin işğalını genişləndirib.
Roza
-
Elm və təhsil22:24Azərbaycan ədəbiyyatına ağır itki üz verdi - FOTO
-
Sosial22:00Bu rayonun bəzi kəndləri QAZSIZ QALACAQ
-
Magazin221:12Evini 108 milyona satdı - FOTO
-
MDB20:00Lukaşenko Trampın bu təklifinə “HƏ” DEDİ
-
Art19:12“Qırmızı qərənfilləri sevmirəm”
-
Dünya19:00Radarlardan itən helikopterin qalıqları tapıldı
-
Nida Xəbər 18:12Vaqif Allahverdiyevə HÖKM OXUNDU
-
Nida Xəbər 16:28“Belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir”




































