İdman
“Mançester Yunayted” almaniyalı futbolçuya "göz qoydu"
İngiltərənin “Mançester Yunayted” klubu Almaniya millisinin və “Nyukasl”ın müdafiəçisi Malik Tiavı transfer etmək niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə “Sky Sport Germany” nəşri məlumat yayıb.
Bildirilib ki, “qırmızı şeytanlar” 25 yaşlı futbolçunu yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Lakin klub bunun üçün yüksək məbləğdə təzminat ödəməlidir. Çünki “Nyukasl” müdafiəçini 80 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil.
Qeyd edək ki, Malik Tiav cari mövsüm bütün turnirlərdə 10 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun İngiltərə klubu ilə 2029-cu ilin yayına qədər müqaviləsi var.
-
İdman23:24“Mançester Yunayted” almaniyalı futbolçuya "göz qoydu"
-
Magazin221:48Məşhur model irinli yara ilə realiti şouda iştirak etdi - “Yorğanın altına girib ağrıdan ağlayırdım”
-
Avto20:36Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər
-
İdman20:12Millimizdən möhtəşəm qələbə
-
Kriminal19:4823 yaşlı qadın qətlə yetirildi - Ögey qardaşı saxlanıldı
-
Magazin119:24Aktrisa Leyla Musayeva vəfat etdi
-
Dünya19:12Astronomlar Süd Yolunun dəqiq kütləsini müəyyən etdilər
-
Region18:12İranın Qeşm adasında silsilə partlayışlar baş verdi





































