ABŞ
ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi şəbəkəsi çökdü
ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) məxfi rabitə şəbəkəsi "NSA Net" fəaliyyətini dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə CNN vəziyyətlə tanış olan altı mənbəyə istinadla məlumat yayıb.
“Şəbəkə qurumun əməkdaşlarına öz aralarında məxfi məlumat mübadiləsi aparmağa imkan verir”, – deyə məlumatda bildirilir.
Qeyd olunur ki, hazırda Milli Təhlükəsizlik Agentliyi nasazlığın miqyasını müəyyənləşdirməyə çalışır. Telekanalın mənbələrinin sözlərinə görə, hələlik kiberhücum əlamətləri aşkarlanmayıb.
Bundan əvvəl ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) ölkənin aviasiya infrastrukturunun fəaliyyətində baş vermiş genişmiqyaslı nasazlığın səbəblərini araşdırmaq üçün texniki avadanlıqları müsadirə etdiyi bildirilmişdi. Müfəttişlər insidentin baş verdiyi şəraiti yenidən canlandırmaq və sistemlərin sıradan çıxmasının təfərrüatlarını ətraflı araşdırmaq niyyətindədirlər. CNN-in məlumatına görə, fasilələrə şəbəkə marşrutlaşdırıcısının düzgün işləməməsi səbəb olub. Qurğu normadan xeyli çox siqnal yaratmağa başlayıb və nəticədə şəbəkədə kritik yüklənmə yaranıb.
Hüseyn İbadlı
-
Magazin221:48Məşhur model irinli yara ilə realiti şouda iştirak etdi - “Yorğanın altına girib ağrıdan ağlayırdım”
-
Avto20:36Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər
-
İdman20:12Millimizdən möhtəşəm qələbə
-
Kriminal19:4823 yaşlı qadın qətlə yetirildi - Ögey qardaşı saxlanıldı
-
Magazin119:24Aktrisa Leyla Musayeva vəfat etdi
-
Dünya19:12Astronomlar Süd Yolunun dəqiq kütləsini müəyyən etdilər
-
Region18:12İranın Qeşm adasında silsilə partlayışlar baş verdi
-
Rəsmi xronika17:36Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTO







































