Bıçaqla meyvə doğrayan yeniyetmə boğazına xəsarət yetirdi
Bizi izləyin

Hadisə

Bıçaqla meyvə doğrayan yeniyetmə boğazına xəsarət yetirdi

Bıçaqla meyvə doğrayan yeniyetmə boğazına xəsarət yetirdi

Lənkəran rayonunda 13 yaşlı yeniyetmə kəsici-deşici alətlə boğaz nahiyəsindən xəsarət alıb.

Publika.az xəbər verir ki, hadisə Darquba kəndində qeydə alınıb. Kənd sakini, 2013-cü il təvəllüdlü F.A boğaz nahiyəsindən xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıb.

Yeniyetməyə boyun nahiyəsinin açıq yarası diaqnozu qoyulub və zəruri ilkin tibbi yardım göstərilib.

İlkin məlumata görə, hadisə yeniyetmənin evdə uzanmış vəziyyətdə bıçaqla meyvə doğradığı zaman ehtiyatsız davranması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm