20 il sonra üzə çıxan dəb incisi: Elza Hosk böyük həsrətə son qoydu - FOTO
Bizi izləyin

Magazin2

20 il sonra üzə çıxan dəb incisi: Elza Hosk böyük həsrətə son qoydu - FOTO

20 il sonra üzə çıxan dəb incisi:  Elza Hosk böyük həsrətə son qoydu - FOTO

“Victoria's Secret”in “mələyi”, model Elza Hosk “Elle” jurnalının tədbirində iştirak edib.

Publika.az xəbər verir ki, o, lentə alınan fotoları "Instagram"da paylaşıb.

Elza Hosk tədbirə dərin dekolteli, bədənə kip oturan çəhrayı don geyinib. O, libasını çəhrayı lələklərdən hazırlanmış boa ilə tamamlayıb. Görünüşünü hündürdaban ayaqqabılar və mirvarili sırğalar tamamlayıb. Saçları hündür topuz şəklində yığılıb, çəhrayı pomada ilə makiyaj edilib. Elza

Hosk bildirib ki, geyimi Ralph Lauren brendinin 2005-ci il kolleksiyasından seçib. Modelin sözlərinə görə, don 20 il ərzində geyinilmək üçün öz növbəsini gözləyib.

İyulun 22-də, çərşənbə günü Elza Hosk ikinci dəfə ana olub. Model açıq havada, bağçada qurulmuş şişmə hovuzda doğuş edib.

Elza Hosk 2015-ci ildən britaniyalı iş adamı Tom Deyli ilə münasibətdədir. 2021-ci ilin fevralında cütlüyün Tuulikki Coan Deyli adını verdikləri qızı dünyaya gəlib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm