“Arsenal” 70 milyon avro istəyir - “Atletiko” hərəkətə keçdi
Bizi izləyin

İdman

“Arsenal” 70 milyon avro istəyir - “Atletiko” hərəkətə keçdi

“Arsenal” 70 milyon avro istəyir - “Atletiko” hərəkətə keçdi

İspaniya millisinin üzvü Martin Subimendinin “Arsenal”dakı gələcəyi sual altına düşüb. London klubunda istədiyi qədər oyun şansı qazanmayan yarımmüdafiəçi komandadan ayrılmağı düşünür. Onunla Madrid “Atletiko”su və “Çelsi” maraqlanır.

Publika.az xəbər verir ki, bu barədə İspaniyanın “AS” nəşri məlumat yayıb.

Məlumata görə, “Atletiko” 27 yaşlı futbolçunu yenidən La Liqaya qaytarmaq istəyir. “Çelsi” də Subimendinin vəziyyətini yaxından izləyir. İspaniyanın digər klublarının da futbolçunun mümkün transferi ilə maraqlandığı bildirilir.

Zubimendi “Arsenal”a böyük ümidlərlə qoşulsa da, baş məşqçi Mikel Artetanın planlarında əvvəlki qədər önəmli yer tutmur. Yarımmüdafiə xəttindəki ciddi rəqabət səbəbindən futbolçu əsas heyətdə müntəzəm oynamaq imkanı əldə edə bilmir. Deklan Rays, Mayls Lyuis-Skelli, Martin Edeqor və Mikel Merino kimi futbolçuların olması onun mövqeyini çətinləşdirib.

Bu vəziyyətin İspaniya millisindəki mövqeyinə də təsir edə biləcəyi düşünülür. Milli komandada Zubimendinin əsas rəqibi Rodridir. “Mançester Siti”nin futbolçusu zədə səbəbindən son oyunlarda iştirak etmədikdə isə Subimendi iki qarşılaşmada start heyətində meydana çıxaraq özünü göstərmək imkanı qazanıb.

İspaniyalı yarımmüdafiəçinin La Liqaya qayıtmağa müsbət yanaşdığı bildirilir. Xüsusilə “Atletiko”nun ona daha böyük rol və müntəzəm oyun praktikası təklif edə biləcəyi ehtimal olunur. Xabi Alonsonun da Zubimendinin potensialını yüksək qiymətləndirdiyi qeyd edilir.

Lakin transferin reallaşması asan olmayacaq. Belə ki, “Arsenal” futbolçunu buraxmaq üçün 70 milyon avro tələb edir. London klubu onun əsas heyətdəki rolunun azalmasına baxmayaraq, transfer qiymətində güzəştə getmək niyyətində deyil.

Beləliklə, Subimendini qarşıda iki seçim gözləyir: Artetanın komandasında əsas heyət uğrunda mübarizəni davam etdirmək və ya daha çox oynamaq imkanı əldə etmək üçün İspaniyaya qayıtmaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm