Dünya
Günəşdə güclü alışma baş verdi
Günəşdə gücünə görə sonuncudan əvvəlki sinfə aid alışma baş verib.
Publika.az xəbər verir ki, bu barədə Federal Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Xidmətinin Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
M1.1 sinifli alışma Bakı vaxtı ilə saat 19:49-da 4578 saylı ləkələr qrupunda (S11W66) rentgen diapazonunda qeydə alınıb. Alışma 14 dəqiqə davam edib.
Günəş alışmaları rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. A0.0 sinfi Yer orbitində hər kvadratmetrə 10 nanovat gücündə şüalanmaya uyğundur. Növbəti hərfə keçdikdə şüalanmanın gücü 10 dəfə artır. Alışmalar Günəş plazmasının atılması ilə müşayiət oluna bilər. Plazma buludları Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.
Noyabrın 12-də Günəşin 4566 saylı əsas aktiv bölgəsində gözlənilmədən güclü alışmanın baş verdiyi məlum olub.
Hüseyb İbadlı
-
Dünya01:11Günəşdə güclü alışma baş verdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qarşı tərəfə dəyər vermək arasındakı qızıl balansı tapın
-
Kriminal17 Noyabr 23:48Ögey qardaşı tərəfindən öldürüldüyü deyilən Gülarənin FOTOLARI
-
İdman17 Noyabr 23:24“Mançester Yunayted” almaniyalı futbolçuya "göz qoydu"
-
Magazin217 Noyabr 21:48Məşhur model irinli yara ilə realiti şouda iştirak etdi - “Yorğanın altına girib ağrıdan ağlayırdım”
-
Avto17 Noyabr 20:36Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər
-
İdman17 Noyabr 20:12Millimizdən möhtəşəm qələbə
-
Kriminal17 Noyabr 19:4823 yaşlı qadın qətlə yetirildi - Ögey qardaşı saxlanıldı
































.jpg)