Fransada xüsusi təyinatlılar iğtişaşları yatırmaqdan imtina etdilər
Bizi izləyin

Avropa

Fransada xüsusi təyinatlılar iğtişaşları yatırmaqdan imtina etdilər

Fransada xüsusi təyinatlılar iğtişaşları yatırmaqdan imtina etdilər

Fransada iğtişaşların yatırılması ilə məşğul olan CRS 8 xüsusi polis bölməsinin bütün əməkdaşları ümumxalq etiraz aksiyalarının keçirildiyi gün xidmətə çıxmayıblar.

Publika.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

“Şəxsi heyətin 100 faizi həkimə müraciət etmək istədiyini bildirib. Bu isə onların xidmətə göndərilməsini mümkünsüz edib”, – deyə telekanal bildirib.

CRS 8 əməkdaşlarından biri bölmədə “həddindən artıq yorğunluq” hissinin hökm sürdüyünü bildirib. Onun sözlərinə görə, polis əməkdaşları bölmənin operativ müdaxilə üzrə ixtisaslaşmasına baxmayaraq, mühafizə postlarında növbə çəkməyə məcbur edilmələrindən narazıdırlar.

Unite polis həmkarlar ittifaqı Fransa Daxili İşlər Nazirliyini CRS 8-in yüzlərlə əməkdaşının etiraz aksiyalarında fasiləsiz xidmət göstərməsi səbəbindən tükənmə vəziyyətinə düşdüyü barədə dəfələrlə xəbərdar etdiklərini açıqlayıb.

Fransada etirazlar sentyabrın sonunda təhsil sahəsindəki problemlərlə əlaqədar yuxarı sinif şagirdlərinin nümayişləri ilə başlayıb. Tədricən aksiyalar ölkənin digər bölgələrinə də yayılıb. Oktyabrın 17-də küçələrə yarım milyondan çox insan çıxıb. Onların arasında fəallar, gənclər, həmkarlar ittifaqlarının və fəhlə hərəkatlarının nümayəndələri də olub. Etirazçılar yanacağın qiymətinin artmasının dayandırılmasını tələb edib, əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı çıxıblar.

Bir sıra şəhərlərdə mitinqlər iğtişaşlar, yanğınlar və mağazaların qarət edilməsi ilə müşayiət olunub. Polis buna cavab olaraq gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm