Dünya
Maduro bu adanın amerikalılardan azad edilməsinə ÇAĞIRIŞ ETDİ
Venesuela prezidenti Nikolas Maduro Beynəlxalq Antifaşist Dünya Festivalının bağlanışında Puerto-Rikonun (Karib dənizində ada) dekolonizasiyasına (müstəmləkəçilikdən azad olma) və ərazinin amerikalılardan azad edilməsinə çağırıb.
Publika.az xəbər verir ki, bu barədə "El Universal" məlumat yayıb.
Venesuela lideri hesab edir ki, Braziliyadan olan hərbçilər bu məsələdə ölkəyə kömək etməlidirlər.
“Şimalda onların müstəmləkəçilik proqramı olduğu kimi, bizim də azadlıq proqramımız var. Proqramımız isə Simon Bolivar tərəfindən yazılıb. Puerto-Rikonun azadlığına az qalıb, biz buna Braziliya qoşunlarının köməyi ilə nail olacağıq”, - deyə Maduro bildirib.
O, 80 il əvvəl olduğu kimi qlobal antifaşist ittifaqı yaratmağa çağırıb.
Qeyd edək ki, ötən gün Maduronun andiçmə mərasimi fonunda Portuqaliyanın Lissabon şəhərindəki Venesuela Baş Konsulluğuna naməlum şəxslər tərəfindən hücum edilib.
Xatırladaq ki, yanvarın 10-da Nikolas Maduro üçüncü dəfə Venesuela prezidenti vəzifəsinin icrasına başlayıb. Rəsmi məlumata görə, Maduro 51,2% səslə qalib gəlib.
Adəm Abbaslı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial29 Oktyabr 20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə29 Oktyabr 20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial29 Oktyabr 20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər


































.jpg)
.jpg)