Ağdərili ailənin qaradərili körpəsi dünyaya gəldi - MÜƏMMA
Bizi izləyin

Dünya

Ağdərili ailənin qaradərili körpəsi dünyaya gəldi - MÜƏMMA

Ağdərili ailənin qaradərili körpəsi dünyaya gəldi - MÜƏMMA

ABŞ-da Tiffani Skor və Stiven Mills cütlüyünün süni mayalanma yolu ilə dünyaya gələn övladına görə qalmaqal yaranıb.

Publika.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Bildirilib ki, cütlük 2025-ci ilin dekabrında Orlandoda bir klinikada qız övladı sahibi olub. Lakin körpənin qaradərili olması ailədə şübhələr yaradıb.

Araşdırma zamanı klinikada embrionların qarışdırıldığı məlum olub. Bundan sonra cütlük tibb müəssisəsinə qarşı məhkəmə iddiası qaldırıb.

Məlumata görə, Shea adı verilən körpənin bioloji valideynləri artıq müəyyən edilib. Buna baxmayaraq, cütlük uşağı geri verməkdən imtina edib.

Hazırda tərəflər məhkəmə qərarını gözləyir. Eyni zamanda cütlük klinikada itən özlərinə məxsus embrionların taleyindən xəbərsizdir.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm