Dünya
Ərdoğan Azərbaycan səfərindən sonra dünyaya bu mesajı verdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən jurnalistlərə gündəmlə bağlı açıqlamalar edib.
Publika.az xəbər verir ki, Ərdoğan Azərbaycanda keçirilən Üçtərəfli Zirvə Toplantısının və Laçın Beynəlxalq Hava Limanının açılışının regionda əməkdaşlıq baxımından əhəmiyyətini vurğulayıb.
“İşğal illərində bu bölgədə insanlar çox əziyyət çəkiblər. O pis günlər artıq geridə qaldı. Laçın rayonu Qarabağda aparılan yenidənqurma prosesində nəqliyyat və logistika infrastrukturunun gücləndirilməsi üçün əsas mövqedədir. Laçın hava limanı rayonun inkişafının sürətləndirilməsi baxımından çox vacibdir. Bu beynəlxalq hava limanı ilə turizm və ticarət imkanları inkişaf edəcək. Beynəlxalq investorların bölgəyə giriş problemi olmayacaq. Bu bölgədən müharibə və işğalın izləri sürətlə silinəcək. Qarabağda normallaşma prosesinin simvollarından biri olan bu addım həm də regionun sabitliyinə xidmət baxımından böyük əhəmiyyət kəsb edir. Hava limanı regionun nəqliyyat infrastrukturunu da başqa səviyyəyə qaldıracaq”, - Ərdoğan bildirib.
Türkiyə lideri qeyd edib ki, bu hava limanı bölgə ilə dünya arasında rabitə olacaq: "İnanıram ki, bu hava limanı Laçını və ətrafını da firavan gələcəyə hazırlayacaq. O, təkcə yerləşdiyi bölgənin deyil, həm də bütün Azərbaycanın potensialını önə çıxaracaq. Bu infrastruktur sərmayələri həm də sülhə yol açacaq".
O, ikitərəfli münasibətlərə də toxunub: "Biz Türkiyə və Azərbaycan olaraq bir çox sahələrdə, xüsusilə müdafiə, enerji, kənd təsərrüfatı və heyvandarlıq sahələrində əməkdaşlığı inkişaf etdiririk. İstər pandemiya, istər su müharibələri, istərsə də regional böhranlar bütün dünyaya tədarük təhlükəsizliyinin vacibliyini bir daha göstərdi. Biz də Türkiyənin istehsal bazasına çevrilməsi üçün var gücümüzlə çalışırıq. İndi Azərbaycanla ərzaq təminatının təhlükəsizliyi ilə bağlı daha sıx əməkdaşlıq etmək istəyirik. Güman edirəm ki, bu əməkdaşlıq Türk Dövlətləri Təşkilatına üzv olan digər ölkələrimiz üçün də bir siqnal olacaq”.
Roza
-
Magazin120:36Mehriban Xanlarova makiyajsız görüntüsünü paylaşdı - FOTO
-
Nəqliyyat19:12Sərnişinlərə XOŞ XƏBƏR: Daha bir marşrutda bütün avtobuslar yenilənir
-
İdman18:24"Sabah"ın Çempionlar Liqasındakı ilk rəqibi müəyyənləşdi
-
Nida Xəbər 15:34Rasim İldırımzadə məhkəmə zalında həbs edildi
-
Dünya14:33Trampla Bricitin salamlaşması gündəm oldu: ABŞ lideri onun əlini buraxmadı - VİDEO
-
İdman14:12DÇ-2026-da ilk qolu vuran futbolçunun həyat yoldaşı - FOTOLAR
-
Rəsmi xronika13:53Prezident fərman imzaladı
-
Sosial12:47İcbari sığortada yeni qaydalar: Qəza edən sürücülər...
































