Dünya
Türkiyədən İsrailin İrana hücumuna reaksiya gəldi
İsrailin İrana endirdiyi hava hücumunu ən sərt şəkildə qınayırıq.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
“Beynəlxalq hüququn kobud şəkildə pozulması olan bu hücum İsrailin regionda sabitliyi pozan strateji siyasətinə xidmət edən təxribatdır. İranın nüvə proqramı ilə bağlı gərgin danışıqlar zamanı baş verən zərbələrin vaxtı açıq şəkildə göstərir ki, Netanyahu hökuməti heç bir məsələni diplomatik yollarla həll etmək istəmir və öz maraqları naminə regional sabitliyə və qlobal sülhə xələl gətirməkdən çəkinmir.
İsrail daha böyük münaqişələrə səbəb ola biləcək təcavüzkar hərəkətlərini dərhal dayandırmalıdır. Bir daha bildiririk ki, Yaxın Şərqdə qan tökülməsi və dağıntılar görmək istəmirik. Beynəlxalq ictimaiyyəti müharibənin yayılmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırırıq", - deyə bəyanatda bildirilib.
Adəm
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO





























