Nazirdən həyəcanlı xəbərdarlıq: Ukraynada inqilab baş verə bilər
Bizi izləyin

Dünya

Nazirdən həyəcanlı xəbərdarlıq: Ukraynada inqilab baş verə bilər

Nazirdən həyəcanlı xəbərdarlıq: Ukraynada inqilab baş verə bilər

Ukraynada müharibədən qayıdan hərbçilərlə bağlı sosial gərginliyin artacağı və ölkədə inqilab təhlükəsinin yarana biləcəyi bildirilir.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın veteranlarla iş üzrə naziri Vitali Kim xəbərdarlıq edib.

Onun sözlərinə görə, hərbi münaqişələrdən sonra döyüşçülərin cəmiyyətə qayıtması müəyyən cinayətlərə, sosial gərginliyə və inqilabi proseslərə səbəb ola bilər.

“Bu, mütləq baş verəcək. Hər münaqişədən sonra belə olub. İnsanlar müəyyən bacarıqlarla, risk hissinin azalması və ədalət hissinin güclənməsi ilə geri qayıdırlar”, - deyə o bildirib.

Kim Ukraynada cəmiyyətin hərbçilərin qayıdışına hazırlanması və bu istiqamətdə informasiya siyasətinin yetərli səviyyədə olmadığını vurğulayıb.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm