Dünya
Bu ölkənin hakimiyyəti əhaliyə pul paylayacaq
Cənubi Koreya hökuməti ölkədə daxili tələbatı stimullaşdırmaq məqsədilə vətəndaşlara bir dəfəlik maliyyə yardımı ayıracaq.
Publika.az xəbər verir ki, bu barədə KBS telekanalı məlumat yayıb.
Proqrama əsasən, bütün vətəndaşlara istehlak sertifikatı formasında 150 min von (təxminən 187 manat) təqdim ediləcək. Aşağı gəlirli ailələr və tək valideynli ailələrin üzvləri isə 300 min von (təxminən 375 manat) alacaqlar. Sosial yardım alan vətəndaşlara ayrılan məbləğ isə 400 min von (təxminən 500 manat) olacaq.
Bundan əlavə, paytaxt Seuldan kənarda yaşayan şəxslərə 30 min von, xüsusi statusa malik 84 inzibati bölgənin sakinlərinə isə əlavə 50 min von ödəniləcək.
Sertifikatlar yalnız vətəndaşların yaşadıqları regionlarda və məhdud müddət ərzində – 21 iyuldan 12 sentyabra qədər istifadə oluna biləcək.
Cənubi Koreya hökuməti bu addımın ölkədə istehlakı və yerli iqtisadi aktivliyi artıracağını gözləyir.
-
Dünya20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika19:05Prezident Melonini belə qarşıladı - Video
-
Sosial18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
-
Sosial16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
-
Sosial16:09Qaraheybətdə bədbəxt hadisə - Kursant öldü
-
Cənubi Qafqaz15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir
-
İdman12:22Şakiranın konsertində Pikeni təhqir etdilər





























.png)


.jpg)



