Dünya
ABŞ Rusiyadan bu adanı istəyir: 15 milyard təklif etdi: Görün məqsədi nədir
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova amerikalı polkovnik-leytenant Cefri Fritsin ABŞ-ın Komandor adalarını Rusiyadan alması ilə bağlı fikrinə münasibət bildirib.
Publika.az xəbər verir ki, mümkün sövdələşmə 15 milyard dollar dəyərində qiymətləndirilir.
“Bunu prinsipcə şərh etməyə dəyməz, çünki bizdə Vətəni satmaq həm qanunla, həm də vicdanla ən dəhşətli cinayətlərdən biri sayılır”, - Zaxarova deyib.
Bundan əlavə, diplomat xatırladıb ki, ABŞ-ın dövlət borcu ilə bağlı böyük problemləri var, ona görə də onu ödəmək üçün mövcud vəsaitdən istifadə etməyi təklif edib.
ABŞ quru qüvvələrinin təhlükəsizliyinin təmin edilməsinə cavabdeh olan amerikalı polkovnik-leytenant Cefri Frits Vaşinqtona Çin sualtı qayıqlarını izləmək üçün Komandor adalarını Rusiyadan almağı təklif edib.
Hərbçi 1867-ci ildə Alyaskanın perspektivli alınmasını xatırladıb. O zaman ABŞ-ın bu addımı axmaq adlandırılsa da, sonda region həm enerji sektorunda, həm də ölkənin müdafiə strategiyasının inkişafı baxımından böyük əhəmiyyət kəsb etdi.
Frits, Komandor adalarının satın alınmasında da oxşar perspektiv görüb. O, belə bir razılaşmanın “Arktikanın təhlükəsizliyini gücləndirəcəyini, birləşməyən yerli əhalini yenidən birləşdirəcəyini və Amerikanın sürətlə inkişaf edən regionda liderliyini təsdiqləyəcəyini” istisna etməyib.
Tural

-
Dünya01:407,2 bal gücündə zəlzələ oldu: yaralı sayı artdı - YENİLƏNDİ
-
Qoroskop01:20Günün ulduz falı: Özünüzə güvəniniz artacaq
-
Magazin18 Dekabr 23:35"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı
-
İdman8 Dekabr 22:16İran şokda: DÇ-2026-da millinin oyunu LGBT-yə həsr olunacaq
-
Sosial8 Dekabr 22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa8 Dekabr 21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial8 Dekabr 20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO
-
İdman8 Dekabr 20:05Vernidub Bakıya gəldi, “Neftçi” ilə anlaşdı - Müqavilənin detalları







.jpg)







.jpg)







.jpg)

.jpg)







