Dünya
Bu ölkə 3 hissəyə bölünəcək, dünya inqilablar və terror hücumları ilə sarsılacaq - DƏHŞƏTLİ PROQNOZ
2026-cı ildə dünya ağır geosiyasi kataklizmlərlə üzləşəcək, bu isə bütün dünyada inqilablar, terror aktları və miqrasiya böhranları dalğasına səbəb olacaq.
Publika.az xəbər verir ki, bu qaranlıq proqnozunu "Radio ESKA" ilə bölüşən polyak ekstrasens Kşiştof Yaçkovski olub.
Onun proqnozlarında Ukrayna münaqişəsinə toxunan fikirlər səslənsə də, əsas diqqət Polşaya yönəlib. Yaçkovskinin sözlərinə görə, Polşanı kütləvi qaçqın axını gözləyir. Lakin ekstrasens onların ilin hansı dövründə və haradan gələcəklərini dəqiq qeyd etməyib.
Bundan əlavə, onun vizyonlarına əsasən, miqrant axını ilə paralel olaraq Polşa "üç böyük dövlət tərəfindən bölünəcək", dövlətin cənub-şərq hissəsi, mərkəzi Krakov olmaqla, ümumiyyətlə, muxtariyyət statusu ala bilər. Lakin bu hadisədən əvvəl nələrin baş verəcəyi barədə o, heç nə deməyib.
Yaçkovski bəyanatında onu da vurğulayıb ki, bizim gələcəyimiz əvvəlcədən hazırlanmış bir planın tərkib hissəsidir. Kim tərəfindən və nə üçün – açıqlamayıb. Amma o, burada da dayanmayıb.
"Radio ESKA"ya danışan ekstrasens bildirib ki, 2026-cı ildə dünyada siyasi vəziyyət kəskin şəkildə gərginləşəcək. Hazırlıqlar artıq başlayıb, lakin əvvəlcə Ukrayna münaqişəsinin həll olunması vacibdir.
"Polşa üç hissəyə bölünəcək. Bu bölünməni böyük dövlətlər həyata keçirəcək. Həm də bu ssenari artıq planlaşdırılıb. Sadəcə, Ukrayna məsələsinə son qoymaq lazımdır", – deyə ekstrasens medianın diqqətinə çatdırıb.
Ukraynada xüsusi hərbi əməliyyatın (SVO) 2025-ci ildə başa çatacağı barədə təkcə Yaçkovski deyil, başqaları da danışıb. Bu barədə bir neçə əsr əvvəl, daha dəqiq desək 1555-ci ildə, fransız astrologu və ekstrasensi Mişel de Nostradam (Nostradamus) öz "Peyğəmbərlik" əsərində qeyd etmişdi.
O yazırdı ki, böyük münaqişə 2024-cü il boyunca davam edəcək, lakin 2025-ci ildə tərəflər yorulacaq və "sülhə can atmağa məcbur ola bilərlər". Hazırda bu proqnoz həmişəkindən daha çox məşhurdur.
Hüseyn İbadlı
-
Dünya01:407,2 bal gücündə zəlzələ oldu: yaralı sayı artdı - YENİLƏNDİ
-
Qoroskop01:20Günün ulduz falı: Özünüzə güvəniniz artacaq
-
Magazin18 Dekabr 23:35"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı
-
İdman8 Dekabr 22:16İran şokda: DÇ-2026-da millinin oyunu LGBT-yə həsr olunacaq
-
Sosial8 Dekabr 22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa8 Dekabr 21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial8 Dekabr 20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO
-
İdman8 Dekabr 20:05Vernidub Bakıya gəldi, “Neftçi” ilə anlaşdı - Müqavilənin detalları







.jpg)







.jpg)







.jpg)

.jpg)







