Dünya
"Titan" batiskafı fəlakətinin səbəbləri məlum oldu
Atlantik okeanın şimal qütbündə suyun altına dalan zaman batan "Titan" batiskafı (sualtı qayıq) faciəsinin əsas günahkarı Amerikanın "OceanGate" şirkətidir.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsinin Dəniz Təhqiqat Şurasının (MBI) hesabatında deyilir.
"Problemə səbəb olan əsas amillər "OceanGate"in "Titan" gəmisi üçün qeyri-adekvat dizayn, sertifikatlaşdırma, texniki xidmət və yoxlama prosedurları idi", - hesaabatda deyilir.
Hesabatda həmçinin şirkətin “zəhərli korporativ mədəniyyətə” malik olduğu bildirilir. Həmçinin sualtı əməliyyatlar və yeni gəmi konstruksiyaları üçün zəif tənzimləyici bazanın olması və Dənizçilərin Hüquqlarının Müdafiəsi Aktı çərçivəsində pozuntular barədə səmərəsiz hesabatı ilə bağlı məlumat verilib.
Araşdırma zamanı müəyyən edilib ki, şirkət "Titanik"ə ekspedisiyadan sonra lazımi araşdırma aparmayıb və batiskafın gövdəsindəki qüsurları düzəltməyib.
"Titan" MBI-nin sədri Ceyson Neubauer dəniz fəlakətinin qarşısının alına biləcəyini əmin edib.
Sualtı qayıq 2023-cü ilin iyununda itib. O, "Titanik"in dağıntılarına doğru dalış edən beş sərnişini daşıyırdı. Faciənin səbəbi yüksək təzyiq, mümkün depressurizasiya və sonrakı partlayış - içəriyə doğru yönəldilmiş partlayış idi.
Sentyabr ayında ABŞ səlahiyyətliləri "Titan" sualtı gəmisinin qalıqlarının ilk fotoşəkillərini yayımlayıb. Batan sualtı qayığın arxa hissəsini əks etdirən görüntülər qəzadan sonra dördüncü gündə çəkilib.
Hüseyn İbadlı
-
Dünya01:407,2 bal gücündə zəlzələ oldu: yaralı sayı artdı - YENİLƏNDİ
-
Qoroskop01:20Günün ulduz falı: Özünüzə güvəniniz artacaq
-
Magazin18 Dekabr 23:35"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı
-
İdman8 Dekabr 22:16İran şokda: DÇ-2026-da millinin oyunu LGBT-yə həsr olunacaq
-
Sosial8 Dekabr 22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa8 Dekabr 21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial8 Dekabr 20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO
-
İdman8 Dekabr 20:05Vernidub Bakıya gəldi, “Neftçi” ilə anlaşdı - Müqavilənin detalları







.jpg)







.jpg)







.jpg)

.jpg)







