Cennifer Lopezi mağazaya buraxmayan türkiyəli mühafizəçi ilə bağlı QƏRAR VERİLDİ
Bizi izləyin

Dünya

Cennifer Lopezi mağazaya buraxmayan türkiyəli mühafizəçi ilə bağlı QƏRAR VERİLDİ

Amerikalı müğənni Cennifer Lopez İstanbulda alış-veriş mərkəzindəki lüks mağazaya daxil ola bilməyib.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Lopezin daxil olmaq istədiyi mağazada müştəri sayı pandemiya qaydaları çərçivəsində məhdud olduğundan, mühafizəçi onu içəri buraxmayıb.

Vəziyyət sonradan aydınlaşsa da, sənətçi özü mağazaya daxil olmaqdan imtina edib.

Hadisə ictimaiyyətin diqqətini çəkib və mühafizəçi ilə bağlı hər hansı tədbirin görülüb-görülməyəcəyi maraq doğurub. Mağaza rəhbərliyi açıqlama yayaraq bildirib ki, əməkdaş prosedura uyğun davrandığı üçün ona qarşı heç bir cəza nəzərdə tutulmayıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm