Dünya
Tramp Rusiya ilə “mübadilə planı" olduğunu təsdiqlədi: Bəzi əraziləri Ukraynaya qaytaracağıq
ABŞ prezidenti Donald Tramp deyib ki, potensial sülh planında bəzi ərazilər Ukraynaya qaytarılacaq və Rusiya ilə torpaq mübadiləsi aparılacaq, mürəkkəb proses hər iki tərəfə fayda verəcək.
Publika.az xəbər verir ki, müsahibə zamanı Ukraynada müharibənin nizamlanmasının mümkün ssenarilərini şərh edən Donald Tramp ABŞ-ın qarşılıqlı ərazi güzəştlərini ehtiva edən sazişi nəzərdən keçirdiyini bildirib.
İdeya ondan ibarətdir ki, Ukraynanın müəyyən əraziləri Rusiyanın nəzarətinə keçə bilər və bunun müqabilində Moskva hazırda onun işğalı altında olan bəzi əraziləri Kiyevə qaytarmalı olacaq.
Tramp qeyd edib ki, bu cür yanaşma, onun fikrincə, hərbi əməliyyatların sonunu yaxınlaşdıra bilər.
Eyni zamanda Tramp vurğulayıb ki, yekun qərarlar tərəflər arasında danışıqlardan və həm Kiyevin, həm də Moskvanın siyasi iradəsindən asılıdır.
"Siz üç il yarım ərzində döyüşən əraziyə baxırsınız və bilirsiniz ki, çoxlu rus ölüb, çoxlu ukraynalı ölüb. Bu, mürəkkəbdir. Bu, həqiqətən də asan deyil. Bu, çox mürəkkəbdir, lakin bəzi əraziləri dəyişdirəcəyik. Hər iki tərəfin xeyrinə olan bəzi ərazi mübadilələri olacaq”, - Donald Tramp bildirib.
Ərazi güzəştləri məsələsi Ukrayna-Rusiya müharibəsi kontekstində ən həssas məsələlərdən biri olduğundan, Trampın bəyanatı artıq ABŞ, Avropa və Ukraynada müzakirələr dalğasına səbəb olub.
-
Dünya01:407,2 bal gücündə zəlzələ oldu: yaralı sayı artdı - YENİLƏNDİ
-
Qoroskop01:20Günün ulduz falı: Özünüzə güvəniniz artacaq
-
Magazin18 Dekabr 23:35"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı
-
İdman8 Dekabr 22:16İran şokda: DÇ-2026-da millinin oyunu LGBT-yə həsr olunacaq
-
Sosial8 Dekabr 22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa8 Dekabr 21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial8 Dekabr 20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO
-
İdman8 Dekabr 20:05Vernidub Bakıya gəldi, “Neftçi” ilə anlaşdı - Müqavilənin detalları






.jpg)









.jpg)







.jpg)

.jpg)







