Rusiya Alyaskada Putin-Tramp görüşündən nə gözləyir?
Bizi izləyin

Dünya

Rusiya Alyaskada Putin-Tramp görüşündən nə gözləyir?

Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında gözlənilən görüş ikitərəfli münasibətlərin sonradan normallaşmasına gətirib çıxara bilər.

Publika.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Ümid edirik ki, qarşıdan gələn sammit ikitərəfli münasibətlərin normallaşmasına təkan verəcək və bu, hava hərəkətinin bərpası kimi məsələlərin həllində irəliləməyə imkan verəcək”, - Ryabkov deyib.

Diplomat vurğulayıb ki, bu, danışıqların əsas mövzusu olmayacaq, çünki hər iki lider digər məsələlərə diqqət yetirəcək.

Putinlə Tramp arasında görüş avqustun 15-də Alyaskada baş tutacaq. ABŞ prezidenti bildirib ki, Putinlə danışıqlar zamanı ondan Ukraynadakı münaqişəyə son qoymağı xahiş edəcək. O, həmsöhbəti ilə ərazi məsələsini müzakirə etməyi planlaşdırır.

Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski hesab edir ki, Rusiya və Amerika liderləri arasında görüş tarixi ola bilər.

“Alyaska sammiti əsas məsələlərin həlli üçün yol xəritəsinin hazırlanması baxımından tarixi ola bilər. O cümlədən Rusiya-Amerika münasibətlərində”, - Slutski vurğulayıb.

Deputat Sergey Mironov isə Alyaskadakı görüşün Moskvanın şərtləri ilə sülhün müjdəçisi ola biləcəyini irəli sürüb. O, xatırladıb ki, Tramp seçilməzdən əvvəl Ukrayna münaqişəsini tez bir zamanda həll edəcəyinə söz verib.

Valday klubunun eksperti Dmitri Suslov bildirib ki, Vladimir Putinlə Donald Tramp arasında gözlənilən görüş keçmiş prezident Co Baydenin gəlişi ilə dövlətlər arasında başlayan hibrid müharibə dövrünün başa çatması deməkdir.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm