Türkiyədən üçlü görüşlə bağlı TƏKLİF
Bizi izləyin

Dünya

Türkiyədən üçlü görüşlə bağlı TƏKLİF

Türkiyə Rusiya, Ukrayna və ABŞ prezidentləri Vladimir Putin, Volodimir Zelenski və Donald Tramp arasında görüşə ev sahibliyi etmək istəyir.

Publika.az xəbər verir ki, bunu “RİA Novosti” Ankaradakı adı açıqlamayan mənbəyə istinadən bildirib.

Mənbənin sözlərinə görə, belə bir görüşün təşəbbüskarı şəxsən ölkə lideri Rəcəb Tayyib Ərdoğan olub və o, bu təklifi bir gün əvvəl Zelenski ilə söhbəti zamanı səsləndirib.

Mənbə Türkiyənin vasitəçilik təcrübəsini nəzərə alaraq, bu ölkəni dialoqun baş tutması üçün əlverişli məkan adlandırıb.

Qeyd edilib ki, hələlik təklifə konkret cavab yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm