Mən siyasi veteranam - Vuçiç
Bizi izləyin

Dünya

Mən siyasi veteranam - Vuçiç

Serbiya Prezidenti Aleksandar Vuçiç prezidentliyə yenidən namizəd olmaq üçün Konstitusiyaya dəyişiklik etməyi düşünmədiyini bəyan edib.

Publika.az xəbər verir ki, o, prezidentlik müddətinin il yarımdan sonra başa çatacağını bildirib.

“Seçkilərdə xalqın nə deyəcəyini görəcəyik. Mən siyasi veteranam, daha prezidentliyə namizəd ola bilmərəm və bunun üçün də Konstitusiyaya dəyişiklik etməyi düşünürəm”, - deyə Vuçiç vurğulayıb.

O, gələcəkdə də siyasi müstəvidə yardım etməyə və aktiv fəaliyyətlə məşğul olmağa davam edəcəyini, lakin indi bunu hansı mövqedən edəcəyi barədə danışmaq istəmədiyini qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm