Netanyahu iranlılara səsləndi: Sizi qorxusuz və cəsur olmağa çağırıram - VİDEO
Bizi izləyin

Dünya

Netanyahu iranlılara səsləndi: Sizi qorxusuz və cəsur olmağa çağırıram - VİDEO

İsrailin baş naziri Benyamin Netanyahu su böhranı ilə üzləşən İran xalqını küçələrə çıxmağa çağırıb. Əlində bir stəkan su ilə kamera qarşısına keçən Netanyahu “İstəyəndə azadlıq xəyal deyil” deyib.

Publika.az xəbər verir ki, Netanyahu bununla bağlı sosial media hesabında paylaşım edib.

O, İran xalqına birbaşa müraciət edərək, prezident Məsud Pezeşkianın ölkədə su qıtlığı ilə bağlı açıqlamalarını xatırladıb.

“Peşkian su, elektrik və inflyasiya problemlərinin olduğunu deyir. Haqqlıdır, ölkəsindəki hər şey çökür. İrandakı su qıtlığına bərabər olan digər şey isə azadlığa olan susuzluqdur. İran xalqını qorxusuz və cəsur olmağa çağırıram. Gələcəyiniz üçün risk alın və küçələrə çıxaraq ədalət tələb edin, tiranlığa qarşı çıxın”, - deyə Netanyahu söyləyib.

Oxşar çağırış daha sonra Netanyahunun növbəti seçkilərdə ən güclü rəqibi olacağı gözlənilən keçmiş baş nazir Naftali Bennetdən də gəlib. Bennet videonu "Susuz İran xalqına xüsusi mesaj" qeydi ilə paylaşıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm