Dünya
Həkimlər ŞOKDA: kişi 8 il sinəsində bıçaqla yaşadı - FOTO
Tanzaniya sakini səkkiz il sinə boşluğunda bıçaqla yaşayıb
Publika.az xəbər verir ki,bu barədə "The Sun" məlumat yayıb.
Bildirilib ki, Tanzaniyada bir kişi sağ döş giləsinin altından irinli axıntılar şikayəti ilə Muhimbili Milli Xəstəxanasına müraciət edib. Onun nə döşündə ağrı, nə nəfəs darlığı, nə də öskürək və ya hərarət var olub. Həyati göstəriciləri normal olduğundan bu, həkimləri təəccübləndirib.
İlkin mərhələdə iltihabın səbəbi aydın olmayıb, ta ki pasiyent səkkiz il əvvəlki “şiddətli davanı” xatırlayana qədər. Həmin vaxt o, üz, bel, döş qəfəsi və qarın nahiyələrindən çoxsaylı yaralar almışdı. Ona tibbi yardım göstərilmişdi, lakin sinə boşluğunda bıçaq qaldığından xəbərsiz idi. Bu, yalnız rentgen müayinəsindən sonra üzə çıxıb.
Həkimlərin sözlərinə görə, bıçaq möcüzə nəticəsində ürək, ağciyərlər və iri qan damarlarına toxunmayıb. Ən kiçik yerdəyişmə belə kişinin həyatına son qoya bilərdi.
Cərrahlar mürəkkəb əməliyyat keçirərək metal bıçağı ehtiyatla çıxarıb və toxuma nekrozunun yaratdığı irini təmizləyiblər. Pasiyent reanimasiya şöbəsində 24 saat, sonra isə ümumi palatada 10 gün həkim nəzarətində qalıb.
Hesabata əsasən, bərpa prosesi fəsadsız keçib. Həkimlər belə halların olduqca nadir olduğunu, bunun isə “insan orqanizminin heyrətamiz davamlılığının” nümunəsi olduğunu bildiriblər.
Hüseyn İbadlı
-
Dünya01:407,2 bal gücündə zəlzələ oldu: yaralı sayı artdı - YENİLƏNDİ
-
Qoroskop01:20Günün ulduz falı: Özünüzə güvəniniz artacaq
-
Magazin18 Dekabr 23:35"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı
-
İdman8 Dekabr 22:16İran şokda: DÇ-2026-da millinin oyunu LGBT-yə həsr olunacaq
-
Sosial8 Dekabr 22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa8 Dekabr 21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial8 Dekabr 20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO
-
İdman8 Dekabr 20:05Vernidub Bakıya gəldi, “Neftçi” ilə anlaşdı - Müqavilənin detalları






.jpg)









.jpg)







.jpg)

.jpg)







