Dünya
Səudiyyə Ərəbistanı İsrailin bu layihəsini pislədi: Ciddi təhlükədir
Səudiyyə Ərəbistanı Şərqi Qüdsdə fələstinlilərə məxsus torpaqlarda qeyri-qanuni yaşayış məntəqələrini genişləndirəcək “E1” layihəsini qəti şəkildə pisləyib.
Publika.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bildirilib ki, bu layihə sülh variantını əngəlləyir və iki dövlətli həll perspektivləri üçün ciddi təhlükə yaradır. Qeyd olunub ki, İsrailin maliyyə naziri Bezalel Smotriç tərəfindən təsdiqlənən layihə Fələstinin potensial genişlənməsinin qarşısını almaq məqsədi daşıyır:
“Beynəlxalq ictimaiyyət öz hüquqi və mənəvi öhdəliklərini yerinə yetirməli, Fələstin xalqının qanuni hüquqlarını qorumalı və tanımalıdır. İsrailin Qəzzaya hücumları və İordan çayının qərb sahili və Şərqi Qüdsdəki qeyri-qanuni pozuntuları dərhal dayandırılması və soyqırımı kimi qiymətləndirilən cinayətlərin səbəbkarlarının mühakimə olunması tələb edilir”.
Qeyd edək ki, avqustun 13-də Bezalel Smotriç Fələstin dövləti ideyasını aradan qaldırmaq üçün Şərqi Qüdsdə fələstinlilərdən ələ keçirilən yaşayış məntəqələrini genişləndirəcək "E1" layihəsini təsdiqləməyi planlaşdırdığını açıqlayıb. İsrail Mülki Administrasiyasının Yüksək Planlaşdırma Şurası avqustun 20-də toplanaraq "E1" layihəsi çərçivəsində 3401 qeyri-qanuni yaşayış binasının tikintisi planının yekun təsdiqini verəcək.
Roza
-
Dünya01:407,2 bal gücündə zəlzələ oldu: yaralı sayı artdı - YENİLƏNDİ
-
Qoroskop01:20Günün ulduz falı: Özünüzə güvəniniz artacaq
-
Magazin18 Dekabr 23:35"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı
-
İdman8 Dekabr 22:16İran şokda: DÇ-2026-da millinin oyunu LGBT-yə həsr olunacaq
-
Sosial8 Dekabr 22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa8 Dekabr 21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial8 Dekabr 20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO
-
İdman8 Dekabr 20:05Vernidub Bakıya gəldi, “Neftçi” ilə anlaşdı - Müqavilənin detalları







.jpg)







.jpg)







.jpg)

.jpg)







