Bacısını qorumaq istəyən oğlanı bıçaqlayıb öldürdülər, atasını və qardaşını isə... - FOTOLAR
Bizi izləyin

Dünya

Bacısını qorumaq istəyən oğlanı bıçaqlayıb öldürdülər, atasını və qardaşını isə... - FOTOLAR

Türkiyənin paytaxtı Ankaranın Keçiören rayonunda 22 yaşlı Hakan Çakır bacısını və anasını qorumaq istəyərkən bıçaqlanaraq öldürülüb. Hadisə ilə bağlı 4 nəfər həbs olunub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, avqustun 10-da axşam saatlarında Hakan Çakır anası və bacısı ilə evə gedərkən pilləkənlərdə oturan iki qardaşla yol vermək üstündə mübahisə yaşayıb.

Söhbət qısa zamanda davaya çevrilib, tərəflərin yaxınlarının da qoşulması ilə qarşıdurma böyüyüb. Dava zamanı Hakan Çakır, atası Şahin Çakır və qardaşı Hakkı Can Çakır bıçaqlanıb. Ağır yaralanan Hakan xəstəxanada həyatını itirib.

Polisin araşdırması nəticəsində məlum olub ki, mübahisə zamanı Hakan Çakırın bacısına da təcavüz edilib. Polisin hadisə ilə bağlı başlatdığı istintaq çərçivəsində 4 şübhəli saxlanılıb.

Şübhəlilərin sosial şəbəkələrdə əlində odlu silahlar və bıçaqlar olan fotoları da ortaya çıxıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm