Bu ölkələrdə dron böhranı: Hava limanları bağlandı
Bizi izləyin

Dünya

Bu ölkələrdə dron böhranı: Hava limanları bağlandı

Danimarka və Norveçdə pilotsuz uçuş aparatlarının (PUA) hava limanları yaxınlığında görünməsi ciddi böhran yaradıb.

Publika.az “BBC”-yə istinadən xəbər verir ki, ötən axşam Kopenhagenin Kastrup hava limanı yaxınlığında bir neçə dronun uçduğu müəyyən edilib.

Hadisə nəticəsində hava limanının fəaliyyəti dörd saatlıq dayandırılıb və uçuşlar təxirə salınıb.

Oxşar vəziyyət Norveçin paytaxtı Osloda da yaşanıb. Burada iki PUA-nın görünməsindən sonra Oslo hava limanı təxminən üç saatlıq bağlanıb.

Hazırda hər iki ölkədə məsələ ilə bağlı araşdırmalar aparılır.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm