Zelenskidən Putinə çağırış: Qoy Qazaxıstan olsun
Bizi izləyin

Dünya

Zelenskidən Putinə çağırış: Qoy Qazaxıstan olsun

Ukrayna prezident Vladimir Zelenski bir daha vurğulayıb ki, o, Kreml lideri Vladimir Putinlə Rusiyadan başqa hər yerdə görüşməyə hazırdır - Avropa və ya Səudiyyə Ərəbistanı uyğun gəlmirsə, Qazaxıstan kimi hər hansı başqa ölkə uyğun ola bilər.

Publika.az xəbər verir ki, Zelenski bu barədə “Fox News”a açıqlamasında deyib:

"Mən onu Kiyevə dəvət etməmişəm. Dedim ki, mənimlə görüşmək istəməsə, əlbəttə ki, o (Putin – red.) məni Moskvaya dəvət etmək qərarına gələcək. Bu, sadəcə, bu görüşü təxirə salmaq üçündür. Mən də dedim ki, onu Kiyevə dəvət etmişəm".

Zelenski vurğulayıb ki, Putinin seçim edə biləcəyi çox şey var, çünki bir çox ölkə öz ərazilərini sülh danışıqları üçün platforma kimi təklif edir.

"Onun seçimi var. Trampın komandası, mənim komandam, avropalı tərəfdaşlarımız, o cümlədən Makron və digər liderlər və Türkiyə prezidenti - hamımız, bütün komandalarımız Türkiyədə və ya Səudiyyə Ərəbistanında, Qətərdə və ya bütövlükdə Avropada - Avstriyada, İsveçrədə... Və hətta başqa bir yerə üstünlük versəniz, məsələn, Qazaxıstanda görüşməyi təklif edirik", - Zelenski deyib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm