Dünya
Türkiyə XİN bu hücumu terror adlandırdı

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yola çıxan "Sumud" qlobal flotiliyasına İsrail qüvvələri tərəfindən beynəlxalq sularda edilən hücumu pisləyib.
Publika.az xəbər verir ki, bu barədə XİN-in yaydığı bəyanatda rəsmi Ankaranın sözügedən hücumun Qəzzada atəşkəsin təmin olunmasına yönəlmiş səylərə zərər verməməsinə ümid etdiyi bildirilib.
Nazirlik hücumu beynəlxalq hüququ ən ciddi şəkildə pozan və günahsız mülki insanların həyatını təhlükəyə atan terror aktı kimi qiymətləndirib.
"Səfərin əvvəlindən etibarən donanmadakı iştirakçılar arasında vətəndaşları olan digər ölkələrlə koordinasiyalı şəkildə hərəkət edilir. Bu çərçivədə, İsrail qüvvələri tərəfindən saxlanılan vətəndaşlarımızın və digər sərnişinlərin tezliklə azad olunması üçün bütün zəruri addımlar atılır. Hücumun məsul şəxslərinin cəzalandırılması üçün hüquqi yollarla müraciət ediləcək", - bəyanatda vurğulanıb.
-
Ekopublika.az02:43
Mask tarixdə sərvəti bu həddə çatan ilk insan oldu - İnanılmaz rəqəm
-
Qoroskop02:19
Günün ulduz falı: planlarınızı həyata keçirmək üçün fürsətlər yaranacaq
-
Dünya01:20
Çernobıl AES-də vəziyyət nə yerdədir? - Yeniləndi
-
İdman00:05
Qurban Qurbanov: O yerlərdə olmaq möhtəşəmdir
-
Rəsmi xronika1 Oktyabr 23:21
İlham Əliyev "Qarabağ"ı təbrik etdi
-
İdman1 Oktyabr 23:11
"Qarabağ" - "Kopenhagen" oyununun ən yaxşı futbolçusu - Foto
-
İdman1 Oktyabr 22:38
"Qarabağ" yenə tarix yazdı: "Kopenhagen"i də məğlub etdi - YENİLƏNDİ
-
Avropa1 Oktyabr 20:20
Siyasətimizdən və ölkəmizdən rədd ol! - Nazirdən İlon Maska sərt mesaj