Dünya
KRİTİK AÇIQLAMA: "NATO ölkələri müharibəyə hazırlaşır"

“NATO ölkələri də daxil olmaqla, hamı müharibəyə hazırlaşır”.
Publika.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç RTV 1 telekanalında beynəlxalq vəziyyəti dəyərləndirərkən deyib.
Vuçiç qeyd edib ki, yeganə sual hər bir ölkənin hansı tərəfi seçəcəyidir.
"Qorxuram ki, artıq heç kim heç kimi eşitmək və ya dinləmək istəmir. Və hamı həqiqətən və ciddi şəkildə müharibəyə hazırlaşır", - o deyib.
Prezident əlavə edib ki, Serbiya müharibələrdə iştirakdan qaçmaq istəyir və Belqradı hərbi münaqişələrə cəlb etmək cəhdlərinə müqavimət göstərməyə çalışır.
Bundan əvvəl Vuçiç bəyan etmişdi ki, gələcəkdə Serbiya və NATO-nu yaxşı əməkdaşlıq gözləyir. Vuçiç qeyd edib ki, onun Rutte ilə müzakirə edəcəyi "saysız-hesabsız" mövzular var, o cümlədən Belqrad və NATO arasında ikitərəfli əməkdaşlıq, Bosniya və Herseqovinadakı vəziyyət və alyansın Kosovodakı kontingenti ilə münasibətlər. O, görüşün bütün məsələləri əhatə edəcəyinə şübhə etdiyini bildirib.
Serbiya Prezidenti Belqradla bağlı düzgün münasibətinə görə Rutteyə təşəkkür edib və gələcəkdə Serbiya ilə Şimali Atlantika Alyansını daha da yaxşı əməkdaşlığın gözlədiyinə əminliyini bildirib.
Hüseyn İbadlı
-
Magazin203:13
Bu da Rusiyanın YENİ GÖZƏLİ: 1 milyon rubl qazandı - FOTO/VİDEO
-
Elm və təhsil02:42
Azərbaycanda müəllim dərs zamanı öldü - FOTO
-
Sosial01:11
Cabir İmanovun atası vəzifəli şəxs imiş - FOTO
-
Magazin200:15
Beynində şiş aşkarlanan məşhur müğənni hər kəsi duyğulandırdı - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Sizin sürətinizə çata bilmirlər
-
Nida Xəbər 4 Oktyabr 23:12
Savaşın taleyini dəyişən Cəbrayıl əməliyyatı - Düşmən necə darmadağın edildi?
-
İdman4 Oktyabr 22:48
"Çelsi" son dəqiqədə qolu ilə "Liverpul"u MƏĞLUB ETDİ
-
Magazin14 Oktyabr 22:10
Rasim Balayevin nəvəsinin toyudur - FOTO/VİDEO