Karni Azərbaycanla Ermənistanı misal çəkdi: Tramp haqda görün nə dedi
Bizi izləyin

Dünya

Karni Azərbaycanla Ermənistanı misal çəkdi: Tramp haqda görün nə dedi

Kanadanın baş naziri Mark Karni Donald Trampı “transformasiya edən prezident” adlandırıb.

Publika.az xəbər verir ki, Karni Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsində Trampın müstəsna rolu olduğunu qeyd edib.

Ağ Evdə ikitərəfli danışıqlar zamanı Kanada lideri Trampın qlobal məsələlərə və iqtisadi sabitliyə təsirini qeyd edib.

"Bir neçə ay əvvəl məni və bəzi həmkarlarımı qonaq etdiniz və mən o zaman dedim ki, siz transformasiya edən prezidentsiniz.

Və o vaxtdan bəri iqtisadiyyatın transformasiyası, NATO tərəfdaşlarının xərclərin qorunması üzrə görünməmiş öhdəliklər, Hindistanla Pakistan, Azərbaycan və Ermənistan arasında sülh, İranın terror gücü kimi zərərsizləşdirilməsi - bunların hamısı vacib idi və sizin sayənizdə mümkün oldu”, - Karni deyib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm