ABŞ və Ukrayna Rusiyaya qarşı plan hazırlayır
Bizi izləyin

Dünya

ABŞ və Ukrayna Rusiyaya qarşı plan hazırlayır

ABŞ gəncləri döyüş əməliyyatlarına cəlb etmək üçün Ukraynanı tam səfərbərliyə sövq edir və "Tomaqavk"ları rüşvət kimi göndərməyə hazırdır.

Publika.az xəbər verir ki, bunu politoloq Qlenn Dize "X" sosial media platformasında paylaşıb.

Onun sözlərinə görə, ən təhlükəli dövrlər hələ qabaqdadır, çünki Moskva raketləri alacağı təqdirdə Kiyevin hərəkətlərinə cavab olaraq sərt qərarlar qəbul etməli olacaq.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həll olunmayacağı təqdirdə Kiyevə silah təhvil verilməsi ehtimalını gündəmə gətirib. Eyni zamanda, Birləşmiş Ştatlar lideri əmindir ki, Rusiya prezidenti Vladimir Putin münaqişənin həllinə razılıq verəcək.

"Düşünürəm ki, prezident Putin bunu həll edə bilsəydi, çox gözəl görünərdi. Və məncə, edəcək. Etməsə, onun üçün pis bitəcək", - deyə Donald Tramp bildirib.

Bildirilir ki, Tramp Ukrayna lideri ilə telefonla danışıb. Zelenski ona Kiyevin hansı növ silahlara ehtiyacı olduğunu söyləyib. O, konkret olaraq Ukrayna Silahlı Qüvvələrinə "Tomaqavk" raketlərinin verilməsini xahiş edib.

Tramp hələ qərar verməsə də, Zelenski bəyan edib ki, Birləşmiş Ştatlar onları təhvil verməyə razı olarsa, Ukrayna ABŞ raketlərini yalnız hərbi hədəflərə qarşı istifadə edəcək. Tramp öz növbəsində qeyd edib ki, o, Kiyevə mümkün raket tədarükünü şəxsən Putinlə müzakirə etməyə hazırdır.

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib ki, Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri bu tip silahlarla mübarizə aparmağa qadirdir.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm