Qəzzada atəşkəs danışıqlarının ikinci mərhələsində bunlar müzakirə olunacaq
Bizi izləyin

Dünya

Qəzzada atəşkəs danışıqlarının ikinci mərhələsində bunlar müzakirə olunacaq

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari Qəzzada atəşkəs danışıqlarının ikinci mərhələsi ilə bağlı "Fox News" telekanalına müsahibə verib.

Publika.az xəbər verir ki, Ənsari uzun müddətdir sülhün əldə olunmasını gözlədiklərini, bu addımın bölgəyə sabitlik gətirəcəyinə ümid etdiklərini bəyan edib.

"Birinci mərhələnin problemsiz davam etməsini təmin etmək üçün bir çox məsələnin müzakirəsini atəşkəs danışıqlarının ikinci mərhələsinə saxladıq. İndi Qəzza zolağının təhlükəsizliyini, müharibənin yenidən başlamamasını təmin etmək üçün çətin danışıqlar başlayıb. Danışıqlar həmçinin, atəşkəs razılaşmasının birinci və ikinci mərhələləri arasında uçurum yaranmasının qarşısını almaq üçün başladılıb”, - deyə sözçü qeyd edib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm