Cənubi Qafqaz
Bakıda həbsdə olan ermənilər buraxılacaq? - Mirzoyanın hiyləgər iddiaları
“Misirdə keçirilən sülh sammitində Azərbaycan nümayəndələri ilə erməni məhbuslarla bağlı məsələni müzakirə etdik”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə keçirdiyi birifinqdə deyib.
Mirzoyan bildirib ki, Azərbaycanla bir sıra kritik məsələlər üzrə razılıq əldə olunsa da, hələ də həll olunmalı və əlavə səylər tələb edən problemlər var: “Bunlardan birincisi Bakıda saxlanılan məhbusların azad edilməsidir. Biz bu istiqamətdə hər gün işləyirik”.
Mirzoyan yaxın vaxtlarda bu məsələ ilə bağlı yaxşı xəbərlərin olacağına ümid edir.
“Şarm əl-Şeyxdə keçirilən sammitdə biz azərbaycanlı tərəfdaşlarımızla bu məsələni yenidən müzakirə etdik”, - o bildirib.
Azərbaycan və Ermənistan arasındakı danışıqlarda hərbi cinayətlərdə ittiham olunan ermənilərin azadlığa buraxılması məsələsinin müzakirə mövzusu olduğu sual altındadır. Azərbaycan tərəfi bununla bağlı rəsmi mövqe sərgiləməyib. Ermənistan tərəfi də məsələni xüsusilə son dövrlər gündəmə gətirir. İstisna deyil ki, rəsmi İrəvanın “erməni məhbusların azad edilməsi” haqda dedikləri daxili ictimai rəyə hesablanıb. Çünki bu məsələ Ermənistan siyasətində hakimiyyətə qarşı əsas ittihamlardan biridir və seçki öncəsi prosesdə daha çox istifadə olunacağı gözlənilir. Görünür, Paşinyan hakimiyyəti buna görə məsələni “diqqətdə” saxlamağa başlayıb.
Asif
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu
-
Nida Xəbər 10:39Pensiya alanların nəzərinə
-
Dünya10:06İsraildən Türkiyə ilə bağlı etiraf: “Alov halqası" bizi sürətlə əhatə edir

































