Göyərtəsində 168 sərnişin olan təyyarə havaya qalxarkən görün nəyə çırpıldı
Bizi izləyin

Dünya

Göyərtəsində 168 sərnişin olan təyyarə havaya qalxarkən görün nəyə çırpıldı

“All Nippon Airways” (ANA) təyyarəsi Tokiodakı Haneda Beynəlxalq Hava Limanından qalxarkən uçuş-enmə zolağının xəbərdaredici işığına çırpılıb və təkərləri zədələnib.

Publika.az xəbər verir ki, bu barədə “NHK World” məlumat yayıb.

Hadisə bazar ertəsi, oktyabrın 13-də Tokiodan Yamaquçi prefekturasının İvakuni şəhərinə uçan təyyarədə baş verib. Havaya qalxdıqdan qısa müddət sonra pilot uçuş-enmə zolağının xəbərdaredici işığı ilə mümkün toqquşma barədə məlumat verib və təyyarəni yoxlamaq üçün uçuş hava limanına qayıtmağa qərar verib.

Daha sonra hava limanının əməkdaşları uçuş-enmə zolağında şüşə qırıqları aşkar ediblər. Təyyarəyə baxış zamanı məlum olub ki, gövdəsi və qanadları bütöv olub, lakin hər iki ön təkər zədələnib. 168 sərnişin və altı ekipaj üzvündən heç biri xəsarət almayıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm