Lukaşenko Trampa təsəlli verdi: Kədərlənmə
Bizi izləyin

Dünya

Lukaşenko Trampa təsəlli verdi: Kədərlənmə

Belarus prezidenti Aleksandr Lukaşenko Nobel Komitəsinin 2025-ci il Sülh Mükafatını Donald Trampa vermədiyi üçün ona təsəlli verib.

Publika.az xəbər verir ki, “BelTA” xəbər agentliyi Lukaşenkodan sitat gətirib.

“Onlar söz verirlər ki, Tramp gələn il mütləq Nobel Sülh Mükafatını alacaq. Şəxsən mən ona Nobel mükafatına layiq görülməməkdən çox narahat olmamağı tövsiyə edərdim. Çünki bu reneqatlar arasında olmaq yəqin ki, ona yaraşmaz.

Amma dünya onun gördüyü işi qiymətləndirməlidir. Bu siyasiləşmiş strukturun (Nobel Komitəsi) deyil, beynəlxalq ictimaiyyətin və dünya xalqının verdiyi qiymətdir”, - Belarus lideri qlobal beynəlxalq vəziyyət və Belarus-Amerika münasibətlərinin inkişafı ilə bağlı görüşdə deyib.

Oktyabrın 10-da Nobel Komitəsi builki Nobel Sülh Mükafatının Venesuela müxalifətinin lideri Maria Korina Maçadoya veriləcəyini açıqlayıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm