Əks-kəşfiyyat xəbərdarlıq etdi: Sayıq olun, İran, Rusiya casusları hər yerdədir
Bizi izləyin

Dünya

Əks-kəşfiyyat xəbərdarlıq etdi: Sayıq olun, İran, Rusiya casusları hər yerdədir

Britaniyanın əks-kəşfiyyat agentliyi MI5, Milli Təhlükəsizlik Agentliyi (NPSA) vasitəsilə Britaniya siyasətçilərini casusluq və xarici müdaxilələrə qarşı, xüsusən də Rusiya, Çin və İranla bağlı xəbərdar edib.

Publika.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, MI5 "Böyük Britaniyanın demokratik təsisatlarını xarici müdaxilədən və casusluqdan qorumaq məqsədi daşıyan" tövsiyələr yayımlayıb.

Hesabatda qeyd olunur ki, casuslar bütün səviyyələrdə siyasi xadimlər haqqında məlumatı manipulyasiya etməyə, gözdən salmağa və ya gizli şəkildə toplamağa cəhd edirlər.

"Bu, çox vaxt qanuni fəaliyyət və zərərli niyyət arasındakı sərhədi pozan incə və aldadıcı vasitələrlə həyata keçirilir", - deyə kəşfiyyatın yaydığı xəbərdarlıqda vurğulanır.

Bildirilir ki, Böyük Britaniyanın Təhlükəsizlik Naziri Dan Jarvis "hökumətdə, dövlət qulluğunda və ya siyasətdə işləyən hər kəsi sayıq olmağa və bir şey səhv olarsa, instinktlərinə etibar etməyə və NPSA-nın tövsiyələrinə əməl etməyə" çağırıb.

Onun sözlərinə görə, xarici casuslar "çox vaxt gizli fəaliyyət göstərir və nüfuz qazanmaq üçün peşəkar şəbəkələrdən və şəxsi zəifliklərdən istifadə edirlər".

O, siyasətçiləri “davranış və ya niyyətlərdəki ən kiçik dəyişikliklərə qarşı sayıq olmağa və hər hansı şübhəli qarşılıqlı əlaqə haqqında, hətta kiçik görünsələr də, təhlükəsizlik xidmətlərinə məlumat verməyə” çağırıb.

Xatırladaq ki , ötən il Britaniyanın Milli Kəşfiyyat Xidmətinə (MI5) İran, Çin və Rusiyadan olan casusları hədəf almaq üçün səylərini “yenidən cəmləşdirmək” əmri verilmişdi.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm