Magazin1
Cabir İmanov haqqında yazanlar allahsızdırlar - Çingiz Abdullayev
Xalq yazıçısı Çingiz Abdullayev mərhum Əməkdar artist Cabir İmanovla bağlı danışıb.
Publika.az xəbər verir ki, bu barədə o, iş xanımı Ruhiyyə Əliyevanın "Rekord TV"də yayımlanan “Qaranlıqda həqiqət” layihəsində deyib. Ç.Abdullayev mərhum aktyorla bağlı mənfi rəy yazan şəxslərə irad bildirib:
“Cabirlə münasibətimiz çox gözəl idi. Hər zaman o uşaqları dəstəkləmişəm. Bəzi adamlar başa düşmürlər ki, bu insan dünyadan köçüb, amma ata-anası sağdır, 4 övladı, qardaşı var. Bir az insafınız olsun. Onun haqqında yazan insanlar allahsızdırlar. Bəlkə də sağlığında nə isə xoşuna gəlməyib, lakin insan vəfat edib. İnsafın olsun, bunu yazma. Bir az döz, özünü sıx. Öz çirkabını mütləq çıxarmalısan ki, hamı oxusun? Allah Cabirə rəhmət eləsin. Cavan yaşında vəfat etməyi çox insana təsir etdi".
Qeyd edək ki, Cabir İmanov paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirərək dünyasını dəyişib.(axşam.az)
-
İdman10:30Yamal bu oyuna 150 min avroluq kulonla gəldi - FOTO
-
Nida Xəbər 09:18Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...
-
Sosial09:12"Arzum" niyə 5 il 2 ay müddətinə həbs edildi? - Hakimdən AÇIQLAMA
-
İqtisadi gündəm08:48Qızıl kəskin bahalaşdı
-
Magazin206:16Çəkilişlər başlamadan serialdan ayrıldı
-
İdman05:15Ronaldo Dünya Kubokunda yeni rekorda imza atdı
-
Region04:14Ankara Cevdet Yılmazı Tehrana göndərir
-
Magazin101:11Cennifer Lopez səhnəyə elə libada çıxdı ki... - FOTO








.jpg)



.jpg)


















.jpg)





