Tramp söyüş söyüb, xəritəni göstərib və deyib: Putinin şərtlərini qəbul et, yoxsa...
Bizi izləyin

Dünya

Tramp söyüş söyüb, xəritəni göstərib və deyib: Putinin şərtlərini qəbul et, yoxsa...

Cümə günü Ağ Evdə keçirilən gərgin görüş zamanı ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenskini Rusiyanın şərtlərini qəbul etməyə çağırıb.

Publika.az xəbər verir ki, məsələ ilə tanış olan mənbələrə görə, ABŞ və Ukrayna prezidentlərinin görüşü dəfələrlə qızğın mübahisələrə çevrilib, Tramp dəfələrlə söyüş söyüb.

Bu barədə “Financial Times” məlumat yayıb. Nəşrin mənbələri əlavə edib ki, Ağ Ev rəhbəri Zelenskinin ərazi güzəştlərinə razı olmasında israr edib.

Mənbə əlavə edib ki, ABŞ prezidenti Ukraynada cəbhə xəttinin xəritələrini göstərib və bir gün əvvəl Rusiya liderinin telefon danışığında səsləndirdiyi fikirləri dəfələrlə təkrarlayıb.

Məqalədə qeyd olunur ki, Trampın yekun bəyanatı hazırkı təmas xətti boyunca münaqişənin dondurulması ilə bağlı olsa da, onun Zelenskiyə qarşı sərt tonu çox güman ki, “Putinin maksimalist tələblərini dəstəkləmək” istəyini əks etdirir.

Oktyabrın 16-da Tramp Rusiya lideri ilə telefon danışığı aparıb və bu zaman ABŞ prezidentinin sözlərinə görə, “böyük irəliləyiş” əldə olunub. İki lider əvvəlcə xarici işlər nazirlərinin görüşünü təşkil etmək, sonra isə Macarıstanın paytaxtında şəxsən görüşmək barədə razılığa gəliblər .

ABŞ prezidenti ilə Ukrayna prezidenti arasında oktyabrın 17-də baş tutan görüşdə əsas müzakirə mövzusu uzaqmənzilli “Tomaqavk” qanadlı raketlərinin Kiyevə ötürülməsi olub.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm