Magazin1
Ferhad Göçerin “Çırpınırdı Qaradəniz” ifası ayaq üstə alqışlandı - VİDEO/FOTOLAR
Tanınmış müğənni Ferhad Göçer Heydər Əliyev Sarayında unudulmaz konsert proqramı ilə çıxış edib.
Publika.az xəbər verir ki, möhtəşəm gecə boyunca tamaşaçılara duyğulu musiqi ziyafəti yaşadan Göçer ən sevilən, dillərəzbərinə çevrilən hitlərini canlı-canlı səsləndirib. Ferhad Göçer səhnəyə çıxan andan etibarən tamaşaçılarla səmimi ünsiyyət quraraq həm klassik repertuarından, həm də yeni layihələrindən parçalar ifa edib.
Ferhad Göçer çıxışı zamanı Azərbaycan xalqına və dövlətinə dərin təşəkkürünü bildirib: “Bakıda olmaq, bu gözəl səhnədə sizlər üçün oxumaq mənim üçün böyük şərəfdir. Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir – bunu hər səfərimdə daha da dərindən hiss edirəm.”
Gecənin sürprizi isə “Çırpınırdı Qaradəniz” mahnısının səsləndirilməsi olub. Türk dünyasının azadlıq və birlik rəmzi olan bu əsəri Göçerin özünəməxsus şəkildə təqdim etməsi zalda duyğusal anlar yaşadıb. Azərbaycan və Türkiyə bayraqlarını dalğalandıran sənətçini tamaşaçılar ayaq üstə alqışlayaraq ona olan sevgilərini və hörmətlərini nümayiş etdiriblər. Sözügedən ifa 18 oktyabr “Dövlət Müstəqilliyinin Bərpası günü”nə həsr edilib.
Gecənin sonunda Ferhad Göçer tamaşaçıların istəyi ilə ikinci dəfə səhnəyə çıxıb və gür alqışlarla yola salınıb.
-
Nida Xəbər 20:48DİM bununla bağlı tədbirlər görəcək - Fərman
-
Nida Xəbər 20:34"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv edilir
-
Rəsmi xronika20:24Prezident Fərman imzaladı
-
Hadisə20:00Bakıda piyada son anda ölümdən döndü - Anbaan video
-
Kriminal18:25Ramiz Mehdiyev barədə qərar verildi
-
Sosial16:38Əli Kərimlinin həbs müddəti uzadıldı
-
Dünya15:32Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu
-
Sosial14:50MÜTDA-dan “Son Zəng”lə bağlı müraciət - "Qadağandır"




































