"Bin Laden kimi onun da yandırılmasını təklif etdim" - Şok etiraf
Bizi izləyin

Dünya

"Bin Laden kimi onun da yandırılmasını təklif etdim" - Şok etiraf

İsrailin nəqliyyat, milli infrastruktur və yol təhlükəsizliyi naziri Miri Regev yerli radiolardan birinə müsahibəsində HƏMAS Siyasi Bürosunun keçmiş sədri Yəhya Sinvar barədə danışıb.

Publika.az xəbər verir ki, o, təhlükəsizlik kabinetinə Sinvarın meyitinin yandırılmasını təklif etdiyini bildirib.

"Kabinetə Yəhya Sinvarın qalıqlarının amerikalıların Əl-Qaidə lideri Usamə bin Ladeni yandırdığı kimi yandırılmasını təklif etdim", - deyə Regev qeyd edib.

İsrailli nazir meyitin qaytarılmasını və dəfn edilməsini istəmədiyini vurğulayıb. Onun sözlərinə görə, kabinetdə heç kim onun təklifinə münasibət bildirməyib.

Qeyd edək ki, Yəhya Sinvar 2024-cü il oktyabrın 16-da Qəzza zolağının cənubundakı Rəfahda İsrail əsgərləri ilə toqquşmada öldürülüb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm