Dünya
Kreml hazırdır: Putin Trampın “Ukrayna planı”nı qəbul edir
Rusiya prezidenti Vladimir Putin Ankoricdə amerikalı həmkarı Donald Trampla görüşü zamanı Moskvanın ABŞ- ın Ukrayna münaqişəsinin həlli planını qəbul etməyə hazır olduğunu təsdiqləyib .
Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Macarıstanın "Ultrahang" YouTube kanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Alyaska sammitindən əvvəl Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff Vaşinqtonun Ukrayna ilə bağlı təkliflərini Moskvaya gətirib və Rusiya tərəfi tərəfindən diqqətlə nəzərdən keçirilib. Görüşdə isə Putin konsepsiyanın hər bir elementini təfərrüatı ilə təkrarladı və eyni zamanda Vitkoffun məlumatını təsdiqlədi.
“Hər şey təsdiqləndi. Daha sonra Putin bəyan edib ki, Kreml onların konsepsiyasını qəbul etməyə və təklif olunan əsasda praktiki baxımdan irəliləməyə hazırdır”, - Lavrov bildirib.
Oktyabrın 16-da Rusiya və ABŞ prezidentləri arasında iki saatlıq söhbət olub . Tramp bildirib ki, dialoq zamanı “böyük irəliləyiş” əldə olunub. O, həmçinin Putinlə ikinci görüşü bu dəfə Macarıstanın paytaxtı Budapeştdə keçirməyə razı olduğunu bildirib.
Amma sonradan Tramp Putinin heç nə ilə razılaşmadığını deyərək, onunla görüşməyin mənasız olduğunu bildirib.
Tural
-
Avropa10:36Süni intellekt naziri “hamilədir”, görün neçə uşaq “doğacaq” - Albaniyada nə baş verir?
-
İdman09:48Dünyanı heyrətə gətirən qadın futbolçu: 8 aylıq hamilədir, amma... - FOTOLAR
-
İqtisadi gündəm09:23Açıqlandı: Gələn ildən pensiya kapitalı bu qədər artırılacaq
-
Hadisə08:49Səngəçalda dağlıq ərazidə köməksiz qalan şəxs belə xilas edildi - Video
-
Magazin207:35Bu görüntüləri yayıb reytinqli serialdan çıxdığını elan etdi - FOTO
-
MDB06:46Sosial mediada LGBT bayrağı paylaşdığı üçün həbs olundu
-
Sağlamlıq06:16Xurmadakı TƏHLÜKƏ: Kimlər uzaq durmalıdır?
-
Qoroskop01:40Günün ulduz falı: Hisslərinizi ifadə etməkdən çəkinməyin!
































.jpg)


