Əfqanıstandan Türkiyəyə təşəkkür
Bizi izləyin

Dünya

Əfqanıstandan Türkiyəyə təşəkkür

Xəbər verdiyimiz kimi, Pakistan və Əfqanıstan atəşkəsi qorumaq barədə razılığa gəliblər.

Publika.az xəbər verir ki, razılaşmadan sonra Əfqanıstan administrasiyası Türkiyədə Pakistan İslam Respublikası ilə aparılan danışıqlara görə minnətdarlığını bildirib.

"Qardaş ölkələr Türkiyə və Qətərin vasitəçiliyi ilə İstanbulda Pakistan tərəfi ilə bir neçə günlük danışıqlar aparılıb. İslam Əmirliyi Türkiyə Respublikasına və Qətər Dövlətinə göstərdikləri diqqətə görə səmimi qəlbdən minnətdarlığını bildirir.

Əfqanıstan həmişə diplomatiyaya və anlaşmaya inanıb. İslam Əmirliyi digər qonşu ölkələrlə yaxşı münasibətlər axtardığı kimi, Pakistanla da müsbət münasibətlər arzulayır. Eyni zamanda qarşılıqlı hörmətə, daxili işlərə qarışmamağa və heç bir tərəfə təhdid etməməyə əsaslanan münasibətlərə sadiq qalır", - administrasiyanın bəyanatında bildirilib.

Qeyd edək ki, iki ölkə atəşkəsin tətbiqi prinsiplərini müzakirə etmək üçün 6 noyabrda İstanbulda görüşəcək.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm