Tramp Məmdanini hədələdi: Seçilsən, pul olmayacaq
Bizi izləyin

Dünya

Tramp Məmdanini hədələdi: Seçilsən, pul olmayacaq

ABŞ Prezidenti Donald Tramp Demokrat namizəd Zöhran Məmdani Nyu-York meri olarsa, şəhərə federal maliyyələşdirməni kəsəcək.

Publika.az xəbər verir ki, Tramp bu barədə sosial media hesabında paylaşım edib.

"Əgər kommunist namizəd Məmdani Nyu-York bələdiyyə sədri seçkilərini qazansa, tələb olunan minimum məbləğdən artıq federal maliyyə vəsaiti ayırma ehtimalım çox aşağıdır. Çünki kommunist idarəçiliyi altında bir zamanlar möhtəşəm olan şəhərin uğur qazanmaq, hətta sağ qalmaq şansı sıfırdır! Kommunist idarə ilə vəziyyət daha da pisləşə bilər", - deyə ABŞ lideri qeyd edib.

Nyu-York bələdiyyə sədri seçkiləri üçün aparılan son sorğuların əksəriyyəti göstərir ki, Məmdani ən yaxın rəqibi, Nyu-Yorkun sabiq qubernatoru Endryu Kuomodan iki rəqəmli fərqlə üstələyir.

Qeyd edək ki, Nyu-Yorkun bələdiyyə sədrliyinə ilk müsəlman namizədi olan Məmdani, Demokrat Partiyasının ilkin seçkilərində qalib gəlmişdi. Fələstinə dəstəyi və İsrailin Qəzzada insan haqları pozuntularını tənqid etməsi ilə tanınan Məmdani qalib gələrsə, Nyu-Yorkun ilk müsəlman və Cənubi Asiyalı meri olacaq.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm