Çempionlar Liqası ilə bağlı qeyri-adi statistika: Ronaldo birinci, Messi ikincidir
Bizi izləyin

İdman

Çempionlar Liqası ilə bağlı qeyri-adi statistika: Ronaldo birinci, Messi ikincidir

“Real”ın sabiq hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqası tarixində ən çox oyun dəqiqəsi keçirən futbolçu olub.

Publika.az xəbər verir ki, bu barədə "Transfermarkt" məlumat yayıb.

Portuqaliyalı ulduzun hesabında 183 oyunda 15 758 dəqiqə var. İkinci yerdə “Barselona”nın keçmiş hücumçusu Lionel Messi qərarlaşıb. Argentinalı futbolçu 163 görüşdə 13 577 dəqiqə meydanda olub.

Qeyd olunur ki, bu sıralamada qapıçıların oyun vaxtı nəzərə alınmayıb.

2025-ci ilin noyabrına olan məlumata əsasən, Çempionlar Liqası tarixində ən çox meydanda qalan 5 futbolçu belədir:

1. Kriştiano Ronaldo - 183 oyun, 15 758 dəqiqə
2. Lionel Messi - 163 oyun, 13 577 dəqiqə
3. Serxio Ramos - 142 oyun, 12 449 dəqiqə
4. Raul Qonsales - 142 oyun, 11 989 dəqiqə
5. Toni Kroos - 151 oyun, 11 635 dəqiqə

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm