Bu nəhəng şirkət 2700 işçisini ixtisar edəcək - SƏBƏB
Bizi izləyin

Dünya

Bu nəhəng şirkət 2700 işçisini ixtisar edəcək - SƏBƏB

ABŞ-da yerləşən texnologiya nəhəngi "International Business Machines" (IBM) 2025-ci ilin sonuna qədər işçi qüvvəsinin 1 faizini ixtisar edəcək.

Publika.az xəbər verir ki, şirkət bu barədə bəyanat yayıb.

Bildirilib ki, IBM diqqətini yüksək gəlirli proqram təminatı seqmentinə yönəltdiyindən, bu rübdə minlərlə işçiyə təsir göstərə biləcək ixtisarlar olacaq.

"Biz işçi qüvvəmizi müntəzəm olaraq nəzərdən keçiririk və zaman-zaman müvafiq olaraq yenidən balanslaşdırırıq. Dördüncü rübdə qlobal işçi qüvvəmizin 2700 nəfəri ilə yollarımızı ayıracayıq", - bəyanatda qeyd olunub.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm