Dünya
Yunanıstanda narahatlıq artır: Ankara bütün planları pozdu
Türkiyənin müdafiə sənayesində sürətli yüksəlişi Yunanıstanda ciddi narahatlıq yaradıb. Afina mətbuatı Ankaranın artan gücünün bölgədəki balansı dəyişdiyini yazıb.
Publika.az xəbər verir ki, Yunanıstanın "in.gr" xəbər saytı bununla bağlı “Türkiyə müdafiə ixracını sürətləndirir” başlıqlı məqalə dərc edib.
Məqalədə qeyd olunub ki, Ankara NATO daxilindəki mövqeyindən istifadə edərək tam milli müdafiə sənayesi qurub və bu, bölgənin güc balansını əhəmiyyətli dərəcədə dəyişib.
Məlumata görə, məsələ OT (İqtisadi Post) Forumunda Yunanıstan Baş Qərargah rəisi general Dimitrios Hupis tərəfindən də geniş müzakirə olunub. Hupis bildirib ki, Türkiyə NATO standartlarını əsas götürərək Yunanıstandan tamamilə fərqli bir struktur qurub və Afina Avropa İttifaqının tədarük prosedurlarından asılı olduğu üçün Ankaranın tempinə çata bilmir.
O, həmçinin Türkiyənin istehsal etdiyi NATO standartlı silahları Alyansa üzv olmayan ölkələrə də sata bilməsinə diqqət çəkib və bunun Avropa üçün ciddi şəkildə nəzərdən keçirilməli məsələ olduğunu deyib. Yunanıstan mediası bu açıqlamanı Afinanın artan narahatlığının birbaşa göstəricisi kimi dəyərləndirib.
Bildirilir ki, Türkiyənin müdafiə ixracı hazırda 111 ölkəni əhatə edir və həcmi 7,1 milyard dollara çatıb. Ankaranın yaxın hədəfi isə 10 milyard dolları keçməkdir.
"Türkiyənin müdafiə sahəsində sürətlə böyüməsi Yunanıstanın geosiyasi planlamasında ciddi təzyiq yaradır. Afina Türkiyənin yüksəlişini yaxından izləyir və rəqabətdə geri qalmaqdan getdikcə daha çox narahat olur", - məqalədə qeyd olunub.
Roza
-
Sosial14:43Bu şəxslərə gələn ay 30 manat yardım veriləcək
-
Region13:22İran vətəndaşlarının yaşam mücadiləsi: Molla rejimi pulları hara xərcləyir? - VİDEO
-
İdman13:168 yaşlı uşaq Arda Turana belə dərs verib: Mənə dedi ki...
-
Magazin212:46“Avroviziya”da çıxış edən əkizlər birlikdə İNTİHAR ETDİ - FOTO
-
Magazin212:33Şoumenin peyğəmbərlə bağlı zarafatı aranı qatdı - İşə prezidentin müşaviri qarışdı
-
İdman12:12Koxalski polyaklara Şahruddinlə rəqabətdən, Bakıdan danışdı: Azərbaycanlılar bunu sevmir
-
Region12:06Devrilir: Paşinyan II Qareginə qarşı son hücuma bu tarixdə başlayacaq
-
Sosial11:22Reyddə 850 minlik maşınla saxlanılan sürücü kimin oğludur? - VİDEO













.png)






















