MDB
Mağazaya silahlı basqın edən təqaüdçü HƏBS EDİLDİ
Çeryomuşki kəndində kustar üsulla hazırlanmış silahla mağazanı qarət etməkdə şübhəli bilinən yerli sakin saxlanılıb. Maskalı naməlum şəxs mağazaya girərək satıcıları hədələyib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə yerinə gedən polis kamera görüntülərinə baxarkən məlum olub ki, basqın edən şəxs kassiri odlu silah kimi görünən əşyalarla hədələyərək pul tələb edib. Qorxmuş kassir qadın yüksək səslə qışqırmağa başlayıb və nəticədə soyğunçu niyyətindən əl çəkib hadisə yerindən qaçıb.
Araşdırma zamanı polis şübhəlinin şəxsiyyətini və yaşayış yerini müəyyənləşdirib. 60 yaşlı yerli sakin həbs olunan zaman sərxoş olub. Onun mənzilinə baxış zamanı kustar üsulla hazırlanmış odlu silaha bənzər əşya aşkar edilərək götürülüb və silah ekspertizaya göndərilib.
Hadisə ilə bağlı “quldurluq” maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Adəm
-
Sosial18:00"Azərişıq"da kadr dəyişikliyi
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO
-
İKT16:36Ən təhlükəli brauzerlərin adı açıqlandı
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək
-
Yaxın Şərq15:18İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
-
Avropa13:16Xəbərdarlıq: Güclü leysan yağışları, ildırım, dolu və saatda 90 kilometrə çatan külək...
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU




































