Dünya
Eks-prezidentin həbsxana həyatı necə keçir? - FOTO
Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro dövlət çevrilişinə görə cəzasını soyuducu və televizorla təchiz olunmuş həbsxana kamerasında çəkəcək.
Publika.az xəbər verir ki, bu barədə Braziliyanın "O Globo" qəzeti məlumat yayıb.
Mövcud məlumata görə, kameranın sahəsi 12 kvadratmetrdir və burada şəxsi vanna otağı, çarpayı, stul, şkaf, yazı masası, televizor, mini soyuducu və kondisioner var. Kameranın xüsusiyyətləri hazırkı prezident Luiz İnasio Lula da Silvanın 2018-2019-cu illərdə saxlandığı kameraya bənzəyir.
Noyabrın 24-də Bolsonaro həbsdən qaçmağa cəhd etmədiyini və elektron qolbaqın narkotiklərin təsiri altında zədələndiyini bildirib.
Keçən həftə keçmiş prezident lehimləmə dəmirindən istifadə edərək elektron qolbağı açmağa cəhd edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları cihazda xeyli ziyan aşkar edərək onu dəyişdiriblər.
Sentyabrın 12-də Braziliyanın Ali Federal Məhkəməsi Bolsonaroya 27 il 3 ay həbs cəzası verib. O, dövlət çevrilişinə cəhddə ittiham olunub. Ali Məhkəmənin beş hakimindən üçü keçmiş prezidentin hökmünü qüvvədə saxlayıb.
Hüseyn İbadlı
-
İdman03:00Antonio Konte: "Qarabağ"ın qapıçısı möhtəşəm qurtarışlar etdi"
-
Magazin100:30Tacir Şahmalıoğlunun ailəsində xeyir iş - VİDEO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Bir təklif sevindirə bilər
-
Magazin125 Noyabr 23:24Həbsdən çıxan Rəqsanədən ilk açıqlama - VİDEO
-
İdman25 Noyabr 23:00"Napoli" "Qarabağ"a qarşı - Heyətlər açıqlandı
-
İdman25 Noyabr 22:48Ertem Şenerdən PROQNOZ: ““Qarabağ” bu gecə elə futbol oynayacaq ki...”
-
Sosial25 Noyabr 22:24Yanğında ağır xəsarət alan Ləmanın son durumu AÇIQLANDI
-
İdman25 Noyabr 20:48AFFA-da iclas: Gedənlər də var, yeni təyinatlar da































_(3).jpg)



